Velg et domene...
Kategorier
Velg valuta
Powered by WHMCompleteSolution
Powered by WHMCompleteSolution
V Soft şirkətini təsis edərkən bazara təklif edəcəyimiz xidmətlərdən biri də "cloud server" xidmətləri olacağını planlamışdıq. Nəticə etibarilə ERP Layihələrin, Mərkəzi Uçot Sistemlərinin tətbiq edilməsində "olmazsa olmaz" faktorlardan biri də cloud serverlərdir. Amma kiminlə işləyəcik!? Cloud partnyoru elə seçilməlidir ki, xidmətində qüsur olmamalı, xidmət gecikməməli, axsamamalı, və ən əsas da, qiymətlər münasib olmalıdır.
Axtarışımız yaxşı nəticə verdi. HMC ilə tanış olarkən bu şirkətin məsul nümayəndəsi yüksək keyfiyyət, kəsintisiz xidmətdən bəhs etdi. Təbii ki, bir satış, təqdimat görüşündə bunları eşitməli idik. Qərar verdik, "bir başlayaq, görək necədir?" deyib xidmət partnyorluğumuzu başlatdıq.
Qarşılaşdığımız mənzərə möhtəşəm oldu!
Əməkdaşlarımın dili ilə desək, "HMC kimisi yoxdur, bunlar dəhşətdirlər"
Qarşımıza çıxa biləcək ən xırda detalları belə əvvəlcədən proqnozlaşdırıb hesabat verən, baş verə biləcək texniki problemlərə əvvəlcədən hazırlıq tədbirləri görən, əlaqəli oldu və ya olmadı, istənilən mövzuda suallarımızı anında cavablayan bir komanda ilə qarşılaşdıq.
Hal-hazırda bizim 10-larla müştərimiz HMC nin cloud xidmətlərini istifadə edir. HMC bizi müştərilərimizin yanında başı uca edir. Onlarla əməkdaşlıq etmək həm sevimli, həm də qürurvericidir! Artıq biz partnyor deyil, bir ailə üzvləri olduq.!
Var olun HMC komandası, əhsən sizə!
Go to post