Domen Axtar

Öz layihəniz üçün domen adını ən uyğun qiymətlərlə bizdə qeydiyyatdan keçirin.

Domen nədir ?

Domen adı qısaca saytınızın internetdəki adı və ünvanıdır. Ünvan bölməsinə bir domen adını yazmaqla qarşınızda veb sayt açılır. Bir domen bir veb sayta daxil olmaq üçün mürəkkəb rəqəmlərdən ibarət İP adresi yerinə istifadə edilən, daha yadda qalıcı bir adı yazmağınıza imkan yaradır. Veb saytınızın içində olan kontent (şəkil, məqalələr, videolar və s.) veb saytınızın bazasıdır. Bu fayllar dünyanın dörd bir yanında olan serverlərdə saxlanılır. Lakin bu serverlər saytınızı İP adresi vasitəsi ilə tanıyır. Bundan əlavə Domen adı sistemi (DNS) olaraq adlandırılan bir sistem var hansı ki, ip adresləri ilə domen adlarını əlaqələndirir. Bütün domenlər - domen adı və üst domendən ibarət olur. Hər yerdə qarşımıza çıxan, .com, .org, .co, .net və s. ən populyar üst domen adlarıdır. Bunlardan əlavə də üst domen adları mövcuddur. Hansı üst domeni seçməyiniz sizin saytınızın tipindən asılıdır.

Powered by WHMCompleteSolution