Komandamıza qoşulun.
Azərbaycanın aparıcı IT şirkətlərindən birində peşəkar karyera qurun. 13 illik təcrübə, innovativ layihələr və güclü komanda sizi gözləyir.
HMC-də iş həyatı
HMC Company 2013-cü ildən fəaliyyət göstərir və IT sahəsində peşəkar karyera qurmaq istəyən mütəxəssislərə geniş imkanlar təqdim edir. Komandamız bulud infrastrukturu, kiber təhlükəsizlik, korporativ rabitə və IT autsorsinq layihələrində çalışır.
Biz inanırıq ki, güclü komanda uğurun əsasidir. Peşəkar inkişaf, daimi təlim və açıq kommunikasiya mühiti ilə hər əməkdaşımızın potensialını maksimuma çatdırırıq.
Bizimlə işləməyin üstünlükləri
Peşəkar inkişaf
Ən son texnologiyalarla işləyir, daimi təlim, sertifikatlaşma və beynəlxalq konfranslara iştirak imkanları əldə edirsiniz.
Güclü komanda
Təcrübəli mütəxəssislərdən ibarət, bir-birini dəstəkləyən komandanın bir hissəsi olursunuz. Açıq kommunikasiya mühiti.
Real təsir
Onlarla orta və böyük şirkətin rəqəmsal infrastrukturuna birbaşa təsir edən layihələrdə çalışırsınız.
Stabil mühit
13 illik fəaliyyət göstərən şirkətdə uzunmüddətli karyera planı qurmaq mümkündür.
İnnovasiya
Yeni texnologiyaların sınaqdan keçirilməsi və tətbiqi üçün sərbəstlik və dəstək.
Work-life balans
Çevik iş modeli, uzaqdan iş imkanı və peşəkar inkişaf üçün balanslı yanaşma.
Komanda dəyərlərimiz
- 01Peşəkar inkişaf və daimi öyrənmə mədəniyyəti
- 02Komanda işinə və qarşılıqlı dəstəyə üstünlük
- 03Müştəri məmnuniyyəti mərkəzdə olan yanaşma
- 04Texnoloji innovasiyalara açıqlıq
- 05Şəffaflıq və etibarlılıq prinsipləri
- 06Azərbaycan IT ekosisteminin inkişafına töhfə
Açıq pozisiyalar
DevOps mühəndisi
Tam ştatİnfrastruktur · Bakı
Bulud infrastrukturunun avtomatlaşdırılması, CI/CD pipeline-larının qurulması və sistem monitorinqi üzrə işləyəcəksiniz.
Sistem administratoru
Tam ştatTexniki dəstək · Bakı
Linux/Windows serverlərin idarəetməsi, yedəkləmə, təhlükəsizlik yeniləmələri və müştəri sorğularının həlli.
Kiber təhlükəsizlik mütəxəssisi
Tam ştatTəhlükəsizlik · Bakı / Uzaqdan
Firewall, IDS/IPS, vulnerability assessment və incident response proseslərinin idarəetməsi.
Texniki dəstək mütəxəssisi
Tam ştatMüştəri xidmətləri · Bakı
7/24 texniki dəstək xətti, müştəri sorğularının operativ həlli və eskalasiya idarəetməsi.
Necə işləyirik?
Müraciətdən dəstəyə qədər hər addım şəffaf, planlı və peşəkar komanda tərəfindən idarə olunur.
Müraciət və konsultasiya
Biznes ehtiyaclarınızı dinləyirik, mövcud infrastrukturu analiz edirik və optimal həll yolunu birlikdə müəyyən edirik.
Texniki planlaşdırma
Arxitektura, resurslar, təhlükəsizlik və miqrasiya planı hazırlanır. Hər addım sizinlə razılaşdırılır.
Quraşdırma və inteqrasiya
Peşəkar komanda sistemi qurur, mövcud proseslərlə inteqrasiya edir və test mərhələsini tamamlayır.
Dəstək və inkişaf
7/24 monitorinq, texniki dəstək və lazım olduqda resurs genişləndirmə — uzunmüddətli etibarlı tərəfdaşlıq.
Komandamızın arxasında duran güc
13 illik təcrübə, beynəlxalq standartlar və fasiləsiz dəstək ilə biznesinizin etibarlı IT tərəfdaşı.
13 illik təcrübə
2013-cü ildən bəri kiçik, orta və böyük müəssisələrə İKT xidmətləri təqdim edirik. Onlarla uğurlu layihə və uzunmüddətli əməkdaşlıq.
ISO 27001 sertifikatı
Məlumat təhlükəsizliyi idarəetməsi beynəlxalq ISO 27001 standartına uyğun həyata keçirilir. Audit, şifrələmə və risk idarəetməsi.
6 beynəlxalq lokasiya
Serverlərimiz Bakı, Fransa, Polşa, Sinqapur, Kanada və Qazaxıstanda yerləşir — biznesinizə yaxın, sürətli infrastruktur.
7/24 Azərbaycan dilində dəstək
Peşəkar texniki komanda istənilən vaxt operativ müdaxilə edir. Nasazlıqlar sürətlə həll olunur, fasilə minimuma endirilir.
Kompleks IT həlləri
Bulud server, korporativ mail, IP telefoniya, veb hostinq və IT autsorsinq — bir platformada, vahid strategiya ilə.
Strateji partnyorluqlar
Microsoft, VMware, Cisco, Fortinet və digər aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq keyfiyyəti gücləndirir.
