Xidmətlər
Elastik və miqyaslana bilən bulud infrastrukturu ilə resurslarınızı ehtiyacınıza uyğun idarə edin.
Paralel serverlərdə gücləndirilmiş infrastruktur
Mikro-seqmentasiya ilə maksimum təhlükəsizlik
Resurslar və icazələr tam idarəetmə
Bulud server, OV (virtual) server və fiziki server anlayışları bir-birinə oxşar görünsə də, iş prinsipi və təqdim etdikləri imkanlar baxımından ciddi fərqlərə malikdir. Bulud server bir neçə fiziki serverdən ibarət olan paylanmış infrastruktur üzərində qurulur və sistem tək bir hardware-ə bağlı olmur. Bu səbəbdən hər hansı fiziki serverdə nasazlıq yarandıqda xidmət avtomatik olaraq digər serverlər üzərindən davam edir. Bulud serverlər yüksək əlçatanlıq, avtomatik miqyaslama, elastik resurs idarəetməsi və ödədikcə istifadə modeli ilə seçilir. Xüsusilə dəyişkən trafiki olan layihələr, sürətlə böyüyən bizneslər və yüksək stabil işləmə tələb edən sistemlər üçün ideal həlldir.
● Elastiklik: Resursları biznes tələbinə uyğun dinamik idarə edin.
● Ölçüləbilən İnfrastruktur: Artan biznes həcminə uyğun genişlənmə imkanı.
● Fasiləsiz Əlçatanlıq: İstənilən yerdən və istənilən vaxt sistemə giriş.
Əgər şirkətinizin işləməsini daha sürətli və etibarlı edə bilmək istəyirsə — bəli, bu həll sizin üçündür. Kiçik ofisdən tutmuş böyük korporasiyaya qədər hər ölçülü biznesə uyğundur.
Müraciətinizi doldurun və biz sizi ən qısa müddətdə əlaqəyə alacağıq.