HMC Company 12 illiyini qeyd edir
HMC Company 22 noyabr tarixində fəaliyyətinin 12 illiyini qeyd etdi. Bu müddət ərzində şirkət informasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr və təqdim etdiyi xidmətlərlə müştərilərinin etimadını qazanaraq sektorda öz mövqeyini möhkəmləndirib.
12 il ərzində HMC Company müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər üçün müasir texnologiya həlləri təqdim edərək onların rəqəmsal inkişafına dəstək olub.
HMC Company bizneslərin texnoloji infrastrukturunu inkişaf etdirmək üçün müxtəlif IT xidmətləri təqdim edən texnologiya şirkətidir. Şirkət müasir texnologiyalardan istifadə edərək müəssisələrin daha effektiv və təhlükəsiz işləməsinə dəstək verir.
HMC Company tərəfindən təqdim olunan xidmətlərə Cloud Server həlləri, korporativ Mail Hosting xidmətləri, IP Telefon və Call Center sistemləri (3CX), VPN və təhlükəsiz şəbəkə həlləri, Website Hosting və IT Outsourcing xidmətləri daxildir. Bu xidmətlər şirkətlərin texnoloji infrastrukturunun gücləndirilməsi və biznes proseslərinin daha effektiv idarə olunması üçün təqdim olunur.
12 illik fəaliyyətimiz ərzində əsas məqsədimiz müştərilərimizə etibarlı və innovativ texnologiya həlləri təqdim etmək olub.




