HMC Company ISO/IEC 27001:2022 sertifikatını əldə etdi.
HMC Company informasiya təhlükəsizliyi sahəsindəki yüksək standartlara uyğunluğunu təsdiqləyərək beynəlxalq ISO/IEC 27001:2022 sertifikatını əldə etdi. Bu sertifikat şirkətin müştəri və korporativ məlumatların qorunması, idarə olunması və emalı proseslərinin beynəlxalq tələblərə tam uyğun olduğunu rəsmi şəkildə təsdiqləyir.
Sertifikatlaşdırma prosesi müstəqil audit nəticəsində QSI Certification & Inspection təşkilatı tərəfindən həyata keçirilmişdir. Audit zamanı şirkətin İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi Sistemi (ISMS) ətraflı yoxlanılaraq standartın bütün tələblərinə cavab verdiyi müəyyən edilmişdir.
ISO/IEC 27001 informasiya təhlükəsizliyinin idarə olunması üzrə dünyada ən geniş tətbiq olunan beynəlxalq standartdır. O, məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçün sistemli yanaşma tələb edir. Sertifikatın əhatə dairəsi HMC Company-nin bulud serverləri vasitəsilə təqdim etdiyi IT həllərini əhatə edir.
ISO/IEC 27001:2022 sertifikatının əldə edilməsi HMC Company-nin müştərilərinə təqdim etdiyi xidmətlərin təhlükəsizlik səviyyəsini daha da yüksəldir. Bu nailiyyət şirkətin kibertəhlükəsizlik risklərinin idarə olunması, məlumat sızmalarının qarşısının alınması və fasiləsiz xidmət təminatı sahəsində beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu göstərir. Sertifikat 2026-cı il 3 iyun tarixində verilmiş və 2029-cu il 3 iyun tarixinədək qüvvədədir.
Məlumat təhlükəsizliyi yalnız texnologiya deyil, müştəri etibarının qorunmasıdır.





