HMC Company komandası üçün Team Building tədbiri təşkil olundu.
25 oktyabr 2025 tarixində HMC Company komandası üçün team building məqsədilə paintball oyunu təşkil olundu. Tədbirin əsas məqsədi komanda ruhunu gücləndirmək və əməkdaşlar arasında daha sıx əməkdaşlıq mühiti yaratmaq idi.
Bu cür tədbirlər komanda üzvlərinin bir-birini daha yaxşı tanımasına və birlikdə işləmə bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Tədbir çərçivəsində əməkdaşlar paintball oyunu vasitəsilə komanda şəklində müxtəlif tapşırıqları yerinə yetirərək həm əyləncəli, həm də dinamik bir gün keçirdilər.
Team building tədbirləri əməkdaşlar arasında ünsiyyətin gücləndirilməsi, komanda ruhunun artırılması və iş mühitinin daha motivasiyaedici olması baxımından böyük əhəmiyyət daşıyır. HMC Company komandası bu tədbirdə birlikdə maraqlı və enerjili anlar yaşayaraq komanda ruhunu daha da gücləndirdi.
Güclü komanda güclü şirkətin əsasını təşkil edir.




